Premyer Liqa klubu baş məşqçisi ilə yollarını ayıracaq

21:21 - 5 Fevral 2024

Roy Hocson tezliklə “Kristal Pelas”ın baş məşqçisi vəzifəsindən qovula bilər.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, London klubunun direktorlar şurasının sədri Stiv Periş mütəxəssislə əməkdaşlığa son qoymağı düşünür.

“Brayton”a məğlubiyyət (1:4) bunun üçün əlavə motivasiya rolunu oynayır.

Çətinlik ondadır ki, mövsümün bu mərhələsində yeni baş məşqçi dəvət etmək asan olmayacaq. Stiv Kuper və Xulen Lopeteqinin “qartallar”a rəhbərlik etmək şansı var.

76 yaşlı mütəxəssisin Premyer Liqa klubu ilə müqaviləsi 2024-cü il iyunun 30-na qədərdir.

Təcrübəli mütəxəssisin "Kristal Pelas"a dönüşü 2023-cü il martın 21-də baş tutub.

Xəbər xətti