Mİllinin üzvü "Arsenal"dan ayrılacaq

22:24 - 5 Fevral 2024

Qana millisinin və “Arsenal”ın yarımmüdafiəçisi Tomas Parti karyerasında dəyişiklik edəcək.

Sportal.az “The Sun”a istinadən xəbər verir ki, London klubunun bu cür qərar verməsi tez-tez zədələnməsi  ilə bağlıdır.

Bu mövsüm qanalı yarımmüdafiəçi Premyer Liqada cəmi 4 oyun keçirib.

Oktyabrda zədələnmiş Partinin geri dönüşü gecikir. Onun “Arsenal”la müqaviləsi 2025-ci ilin yayında başa çatır.

Tomas karyerası ərzində "Atletiko". "Malyorka", "Almeriya" klublarında çıxış edib.

Xəbər xətti