Şahruddinin komandası Braziliyadan futbolçu aldı

09:34 - 6 Fevral 2024

Azərbaycan millisinin qolkiperi Şahruddin Məhəmmədəliyevin qapısını qoruduğu "Adana Demirspor" növbəti transferi reallaşdırıb.

Sportal.az xəbər verir ki, Adana təmsilçisi "Santos"dan Stiven Mendozanı heyətinə qatıb.

Bu barədə Türkiyə klubunun mətbuat xidməti məlumat yayıb.

31 yaşlı vingerlə 1,5+1 illik müqavilə imzalanıb. "Adana Demirspor" 24 turdan sonra Super Liqada 31 xalla 9-cu pillədədir. Kolumbiyalı “Korintians”, “Çennaiyin”, “Nyu-York Siti”, “Bahia”, “Amyen”, “Seara” klublarında oynayıb.

Xəbər xətti