“Qarabağ”ın futbolçusu Bədavi Hüseynov Azərbaycan çempionatlarında 250-ci oyununu keçirib.
Sportal.az PFL-ə istinadən xəbər verir ki, onun yubiley matçı Misli Premyer Liqasının XXI turunda baş tutub.
33 yaşlı müdafiəçi “Səbail”lə səfər qarşılaşmasında meydana çıxıb. Bədavi 250 görüşdə 4 qola imza atıb.
O, Premyer Liqada iki klubun formasını geyinib. “Sumqayıt”da 26 matça çıxan futbolçu “Qarabağ”da 224-cü oyununu keçirib. Hüseynov bütün qollarını Ağdam klubunda vurub.
Qeyd edək ki, Bədavi Azərbaycan çempionatında 2011/12 mövsümündə debüt edib. “Sumqayıt”ın müdafiəçisi 2011-ci il sentyabrın 11-də “Qarabağ”la görüşdə (0:0) debüt edib.
saytlarin hazirlanmasi