"Qarabağ" Lunyovla müqavilə müddətini artırmağı planlaşdırır

12:34 - 6 Fevral 2024

"Qarabağ"dakı performansı ilə adından söz etdirən Andrey Lunyov Rusiya və Avropanın digər ölkələrindən təkliflər alıb.

Sportal.az saytına verilən məlumata görə ,"Qarabağ"ın onu daha bir il komandada saxlamaq imkanı var.

Bu, müqavilənin şərtində qeyd edilib. Sezonun sonunda tərəflər anlaşsa, müqavilə artırılacaq.

Çünki rusiyalı qolkiperin ilk seçimi "Qarabağ"dır və bu klubla danışıqlar aparmalıdır.

 32 yaşlı qapıçı ilə yayda 1+1 illik müqavilə imzalanmışdı. Azərbaycan çempionu təcrübəli kiperin ayrılmasını istəmir. Onun müqavilə müddətinin hətta iki illik artırılması da ehtimal edilir.

Rusiyada "Torpedo", "Saturn", "Ufa", "Zenit"də çıxış etmiş Lunyov "Bayer"in (Leverkuzen) də qapısını qoruyub. 

Xəbər xətti