Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto'O istefa verib.
Sportal.az "FecaFoot"a istinadən xəbər verir ki, KFF-nin İcraiyyə Komitəsi Samuelin istefasını qəbul etməyib.
Tanınmış futbol adamının bu qərarı verməsi, Kamerun millisinin Afrika Millətlər Kubokunda yalnız 1/8 finala qədər yüksəlməsidir.
Eto'O İK-nin üzvləri ilə görüşüb və qərarını açıqlasa da, fikir mübadiləsi zamanı İcraiyyə Komitəsi keçmiş hücumçuya onun işinə tam etibar etdiklərini bildirib.
Xatırladaq ki, Samuel 2021-ci ildə Kamerun Futbol Federasiyasının prezidenti vəzifəsini icra edir.
saytlarin hazirlanmasi