"Belə ayrıldığı üçün Murad Musayevə bir az əsəbiləşirəm" - MÜSAHİBƏ

15:15 - 6 Fevral 2024

"Sabah"ın müdafiəçisi Boyan Letiç Sportal.az saytına müsahibə verib. 

- "Sabah" "Turan Tovuz”la görüşdə 1:1 hesablı heç-heçə etdi. Nəticə və oyun sizi qane etdi? Qələbə qazana bilməməyinizi nə ilə əlaqələndirirsiniz?

- Xeyr, nəticədən razı deyiləm. Həmişə qalib gəlmək istəyən bir oyunçuyam. Qalib gəlmiriksə, heç vaxt xoşbəxt olmuram. İlk yarıdakı oyunla qol şansları yaratdıq. Daha bir qol vurmaq üçün yaxşı anlarımız var idi. İkinci hissədən razı deyiləm. Çünki fasilədən sonra şans yaratmadıq. Qələbə üçün sona qədər mübarizə aparmalıyıq.

- Bu oyuna qədər baş məşqçiniz Murad Musayev baş məşqçi postunu tərk etdi. Bu barədə nə düşünürsünüz? Onun ayrılması sizin üçün gözlənilməz oldu?

- Murad Musayevin gedişinə həqiqətən təəccübləndim. Məşqə gəlirəm və görürəm ki, o, artıq bizim baş məşqçimiz deyil. Bunu isə qəbul edə bilmirəm. Buna öyrəşməyim üçün bir az vaxt lazımdır. Bilirsiniz ki, o, bu klubda qısa zamanda nəyə nail olub. 

- Sizcə, Murad Musayevin gedişindən sonra “Sabah” uğursuzluğa düçar olacaq? Yoxsa, komanda daha uğurlu çıxış edəcək?

- Bunu zaman göstərəcək.

- Ümumiyyətlə, ötən mövsümlə bu mövsüm “Sabah” arasında hansı fərqləri görürsünüz? Sizcə fərq böyükdür?

- “Sabah” tarixinin ən uğurlu ili olan əvvəlki ilə qayıtmayacağam. Keçmişə qayıtmaq lazım deyil. Bu günə baxmaq lazımdır. Sabah səni nələr gözləyir, buna diqqət etmək lazımdır. Əminəm ki, klubda hər kəs bu mövsümün sonuncusu kimi olmasını istəyir. Amma bu futboldur, hadisələrin necə olacağını təxmin edə bilməzsən. Mübarizə aparmalıyıq, başqa bir yolumuz qalmayıb. Hər gün mümkün qədər yaxşı ola biləcəyinizin yeni bir sübutudur.

- "Qarabağ"la görüşdə böyük hesablı məğlubiyyət olmasaydı, Murad Musayev baş məşqçi postunda qalardı?

- Düzü bilmirəm. Bircə onu deyə bilərəm ki, məşqçi ilə əla münasibətim var idi. Belə ayrıldığı üçün Murad Musayevə bir az əsəbiləşirəm. İnsan yaxşı olanda da, pis olanda da, axıra qədər mübarizə aparmalıdır.

- Maraqlıdır ki, çempionat oyununda “Qarabağ”la qarşılaşacaqsınız. Qısa müddətdə ardıcıl üç dəfə "Qarabağ"la qarşılaşmaq çox çətindir? Heç olmasa çempionat matçında onları dayandıra biləcəksiz?

- "Qarabağ"a qarşı oynamağı, ən yaxşılarla yarışmağı çox sevirəm. Bu, məni daha da yaxşı olmağa sövq edir.

Mirbağırağa

Xəbər xətti