"Mançester Siti"nin legionerindən rekord göstərici

15:34 - 6 Fevral 2024

"Mançester Siti"nin belçikalı yarımmüdafiəçisi Kevin De Bruyne 2015-ci ildə, kluba qoşulduqdan sonra İngiltərə Premyer Liqası matçlarında 104 məhsuldar ötürmə edib.

Sportal.az "The Mirror"a istinadən xəbər verir ki, bu müddət ərzində heç bir komandada bu qədər asist edən olmayıb. Kevin isə bu göstəricidə rekorda imza atıb.

2015-ci ildən bəri Premyer Liqada ən çox assist edən futbolçular siyahısında ikinci yerdə "Liverpul"un hücumçusu Məhəmməd Salah (66 məhsuldar ötürmə) qərarlaşıb. Üçüncü yeri isə “Mançester Yunayted”in yarımmüdafiəçisi və “Tottenhem”in sabiq üzvü Kristian Eriksen (65) tutur. 

Xatırladaq ki, İngiltərə Premyer Liqasının 23-cü turunda keçirilən “Mançester Siti” – “Brentford” matçında Kevin De Bruyne het-trik edən Fil Fodenə məhsuldar ötürmə edib.

Xəbər xətti