"Rasinq" və "Saraqosa"da oynamış futbolçu Azərbaycanda qalacaq?

15:49 - 6 Fevral 2024

"Kəpəz"in legioneri Giorgi Papunaşviliyə Premyer Liqamızda maraq göstərən komandaların sayı çoxalıb.

Sportal.az saytına verilən məlumata görə, gürcünün Gəncə təmsilçisinin heyətində göstərdiyi performans bir çox klubların diqqətini çəkib.

Amma onun hazırkı komandası "Kəpəz" də yeni mövsüm "Papu"nun xidmətində maraqlıdır.

Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Kəpəz" yarımmüdafiəçiyə yeni müqavilə təklif edəcək. Təbii ki, yeni və daha yaxşı şərtlərlə.

28 yaşlı futbolçu mövsümün setyabr ayında Gəncə təmsilçisi ilə müqavilə imzalayıb. Onun müqavilə müddəti mövsümün sonuna qədərdir. 

Gürcü karyerası ərzində “Dinamo”(Tbilisi), “Verder”, “Saraqosa”, “Rasinq”(Santander”, “Apollon”(Limassol), “Torpedo”(Kutaisi), “Radniçki”, “Samtrediya”, “Telavi” klublarında oynayıb.

Xəbər xətti