"Qarabağ"ın qapıçısının meneceri məlumat verdi: "Bavariya" onu istəyir

13:49 - 6 Fevral 2024

"Bavariya" ÇSKA-dan futbolçu almağı planlaşdırır.

Sportal.az xəbər verir ki, bu barədə “Qarabağ”ın qapıçısı Andrey Lunyovun meneceri Anton Smirnov teleqram səhifəsində paylaşım edib.

Belə ki, Özbəkistanın əsas millisinin 20 yaşlı futbolçusu Abbosbek Fayzullayev Münhen klubuna keçə bilər:

"Münhen komandası futbolçunu hətta U-23 millisində oynayanda da bəyənib və hazırda Almaniya skautinq xidmətinin radarındadır".

"Paxtakor"un sabiq vingeri 2023-cü il avqustun 4-də ÇSKA-ya keçib. Onun Ordu klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

Xəbər xətti