Rusiya millisinin üzvü "Trabzonspor"a keçir

16:34 - 7 Fevral 2024

Rusiya millisinin və “Spartak”ın müdafiəçisi Georgi Jikiya Türkiyəyə yollana bilər.

Sportal.az “61saat”a istinadən xəbər verir ki, “Trabzonspor" təcrübəli müdafiəçinin xidmətində maraqlıdır.

Tərəflər arasında danışıqlar davam edir. 30 yaşlı futbolçunun "Spartak"la müqaviləsi 2024-cü il mayın 31-nə qədərdir.

O, “Spartak”(Nalçik), “Ximik”(Dzerjinsk), “Amkar” klublarında oynadıqdan sonra 2017-ci ildə “Spartak”a keçib.

Xəbər xətti