Andrey Lunyovun "Qarabağ"a gəlişindən sonra Şahruddin Məhəmmədəliyevin əsas heyətdə yerini qoruyacağı az inandırıcı idi.
Bunu nəzərə alan Şahruddin Məhəmmədəliyev ötən yay "Qarabağ"ı tərk etmək qərarına gəldi. Onun çox qısa zamanda Türkiyənin Super Liqa klubu "Adana Demirspor"a keçidi gözlənilməz oldu.
Millimizin qapıçısının Türkiyə klubuna transferi ilə bağlı bəzi təfərrüafları öyrənə bilmişik. Sportal.az saytının əldə etdiyi məlumata görə, Məhəmmədəliyevin keçidində AFFA-nın skautu İlqar Qurbanovun əhəmiyyətli rolu olub.
Qeyd edək ki, azərbaycanlı futbolçuların xarici klublara yollanması istiqamətində səmərəli işlər görən İlqar Qurbanov millimizin daha bir üzvünün keçidində vasitəçi olub. O, Bəxtiyar Həsənalızadənın "Tuzlaspor"la anlaşmasında da iştirak edib.
saytlarin hazirlanmasi