"Napoli"nin prezidenti Aurelio De Laurentis Luçano Spaletti ilə yollarını ayırdıqlarına görə peşman olub.
Sportal.az xəbər verir ki, “Sky Sport”a danışan Neapol klubunun rəsmisi səhv addım atdığını bildirib:
"Spaletti? Onu buraxmaqla səhv etdim. Bu səhvə yol verməməliydim".
Təcrübəli mütəxəssis ötən yay İtaliya millisinə baş məşqçi təyin edilib. O, məşqçilik karyerası ərzində İtaliya Kubokunu (iki dəfə), Rusiya Premyer Liqasını (iki dəfə), Rusiya Kubokunu və Super Kubokunu, həmçinin İtaliya A Seriyasının qalibi olub. “Napoli” isə bu mövsüm İtaliya çempionatında 35 xalla 7-ci pillədədir.
saytlarin hazirlanmasi