“Real” “Lill”in müdafiəçisi Leni Yoronun keçidini həll etməyə çalışır.
Sportal.az “Marca”ya istinadən xəbər verir ki, Madrid təmsilçisinin rəhbərliyi hazırda 18 yaşlı futbolçu üçün “Lill”lə danışıqlar aparır.
Gənc futbolçu Fransa klubunun onunla müqavilə müddətini artırmaq təklifindən imtina edib.Yoronun xidmətində maraqlı olan digər klub PSJ-dir. Hazırda Fransa nəhəngi də onun uğrunda qızğın mübarizəyə girib. "Real" Yoro üçün 25 milyon avro ödəməyə hazırdır.
“Lill”in yetirməsi olan fransalının klubla müqavilə müddəti 2025-ci il iyunun 30-na qədərdir.
saytlarin hazirlanmasi