Dadaşovun komandası mərhələni adlaya bilmədi

22:49 - 7 Fevral 2024

Türkiyə kubokunda 1/8 final mərhələsinin matçları keçirilir.

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Renat Dadaşovun formasını geyindiyi "Hatayspor" bu mərhələdə "Başakşəhər"lə üz-üzə gəlib.

Əsas vaxtı 1:1 başa çatan görüşdə qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasına ehtiyac duyulub.

"Başakşəhər" penaltilərdə dəqiq oynayaraq 1/4 finala vəsiqə qazanıb.

Meydana start heyətində çıxan Renat 90+1-ci dəqiqədə əvəzlənib.

Xəbər xətti