Azərbaycan milli komandasının sabiq forvardı Rüfət Dadaşov "Dinamo Berlin"in heyətində növbəti matçını keçirib.
Sportal.az xəbər verir ki, Dadaşov Almaniyanın Şimal-Şərq Regional Futbol Liqasının 16-cı turunda “Hemi” ilə görüşdə meydana çıxıb.
Qarşılaşma “Dinamo”nun 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Start heyətində yer alan millimizin keçmiş üzvü 81-ci dəqiqədə əvəzlənib. “Dinamo” 38 xalla ikinci pillədə qərarlaşıb. Dadaşov 13 qolla bombardirlər siyahısına liderlik edir.
saytlarin hazirlanmasi