UEFA Millətlər Liqasında Azərbaycan yığma komandasının rəqibləri məlum olub.
Sportal.az xəbər verir ki, millimiz C Liqasının 1-ci qrupunda İsveç, Slovakiya və Estoniya ilə mübarizə aparacaq.
********
Bu axşam UEFA Millətlər Liqasında 2024/2025 mövsümü üçün Azərbaycan millisinin rəqibləri bəlli olacaq.
Sportal.az xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçiriləcək püşkatmaya Bakı vaxtilə saat 21:00-da start veriləcək.
C Liqasında 2-ci səbətdə yer alacaq milli komandamızın potensial rəqibləri 1-ci səbətdən Rumıniya, İsveç, Ermənistan, Lüksemburq, 3-cü səbətdən Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr, 4-cü səbətdən isə Belarus, Estoniya, Latviya, Litva/Cəbəllütariq cütünün qalibi ola bilər.
Qeyd edək ki, UEFA-nın qərarına görə Azərbaycan və Ermənistan milli komandaları eyni qrupda yer ala bilməz.
UEFA Millətlər Liqasında yeni mövsümə sentyabrın 5-də start veriləcək.
UEFA Millətlər Liqası. 2024/2025-ci illər mövsümü
A Liqası
1-ci səbət: İspaniya, Xorvatiya, İtaliya, Niderland
2-ci səbət: Danimarka, Portuqaliya, Belçika, Macarıstan
3-cü səbət: İsveçrə, Almaniya, Polşa, Fransa
4-cü səbət: İsrail, Bosniya və Herseqovina, Serbiya, Şotlandiya
B Liqası
1-ci səbət: Avstriya, Çexiya, İngiltərə, Uels
2-ci səbət: Finlandiya, Ukrayna, İslandiya, Norveç
3-cü səbət: Sloveniya, İrlandiya, Albaniya, Monteneqro
4-cü səbət: Gürcüstan, Yunanıstan, Türkiyə, Qazaxıstan
C Liqası
1-ci səbət: Rumıniya, İsveç, Ermənistan, Lüksemburq
2-ci səbət: Azərbaycan, Kosovo, Bolqarıstan, Farer adaları
3-cü səbət: Şimali Makedoniya, Slovakiya, Şimali İrlandiya, Kipr
4-cü səbət: Belarus, Litva/Cəbəllütariq, Estoniya, Latviya
D Liqası
1-ci səbət: Litva/Cəbəllütariq, Moldova, Malta
2-ci səbət: Andorra, San Marino, Lixtenşteyn