"Qarabağ"ın forvardı Redon Cicanın "Tirana" ilə yanaşı Albaniyanın "Partizani" klubunun da transfer siyahısında yer alıb.
Sportal.az saytına verilən məlumata görə, Albaniyanın iki iddialı komandası Cicanı icarəyə götürmək istəyib.
"Partizani" hücum mövqeyini məhz Redonla gücləndirməkdə israrlı olub. Amma "Qarabağ" forvarda etibar etdiyindən onun getməsini istəməyib.
Belədə, "Partizani" istəyinə çatmayıb və başqa hücumçu axtarışına davam edib. 25 yaşlı hücumçunun "Qarabağ"a 2023-cü il yanvarın 24-də "Tirana"dan keçib. Onun Ağdam klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.