"Real"ın yarımmüdafiəçisi Dani Sebalyos əsas rəqiblərindən birinə keçə bilər.
Sportal.az "Marca"ya istinadən xəbər verir ki, "Atletiko" qarşıdakı yay "transfer pəncərəsi"ndə 27 yaşlı futbolçunu almaq üçün cəhdlər etməyi planlaşdırır.
İspan futbolçu ilə İngiltərə Premyer Liqası və İtaliya A Seriyasının bəzi klubları da maraqlanır. Sebalyos 2017-ci ildən “Real”da çıxış edir.
Bu mövsüm yarımmüdafiəçi “Real”da bütün turnirlərdə 19 oyun keçirib və bir qol vurub.
Onun Madrid klubu ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
saytlarin hazirlanmasi