"Sabah"ın sabiq futbolçusu Xuan Kamara İspaniyaya qayıdıb.
Sportal.az xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi aşağı liqa klubunda oynayacaq.
O, dördüncü liqa təmsilçisi “Badalona Futur”la anlaşıb.
Futbolçu mövsümün sonuna qədər İspaniya təmsilçisinin formasını geyinəcək.
Xuan “Barselona”, “Jirona”, “Reus”, “Miedz”, “Yagelloniya”, “Dinamo”(Buxarest), “Universitatya Krayova”, “Zaqlembe” komandalarında oynayıb.