"Real"ın keçmiş yarımmüdafiəçisi, hazırda "Sao Paulo"da çıxış edən Xames Rodriqes Braziliya klubunu tərk etmək istəyir.
Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 32 yaşlı futbolçunun nümayəndələri artıq onun Braziliya klubu ilə müqaviləsinə xitam verilməsi prosesinə başlayıblar.
Kolumbiyalı ən qısa zamanda Türkiyə nəhənglərindən birinə keçmək istəyir.
Rodriqes ötən yaydan “Sao Paulo”da çıxış edir. Bu mövsüm yarımmüdafiəçi bütün turnirlərdə 14 oyun keçirib, bir qol vurub və üç məhsuldar ötürmə edib.
Futbolçunun Braziliya klubu ilə müqaviləsi 2025-ci ilin iyun ayının sonuna kimi qüvvədədir. Onun “Beşiktaş” və ya “Qalatasaray”a keçə biləcəyi gözlənilir.
saytlarin hazirlanmasi