"Qarabağ"ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusda keçirilən beynəlxalq turnirdə ilk oyununu keçirib.
Sportal.az xəbər verir ki, Vüqar Əsgərlinin rəhbərlik etdiyi kollektiv Minskdəki "Bizim gələcəyimiz" adlı yarışda Rusiyanın "Zvezda" klubu ilə üz-üzə gəlib.
Ağdam təmsilçisi rəqibini 2:0 hesabı ilə məğlub edib. "Qarabağ"ın B qrupundakı digər rəqibləri "Olimpik" və BATE klublarıdır.
saytlarin hazirlanmasi