AFFA qərar verdi: "Sabah"ın stadionuna dəymiş ziyanı "Turan Tovuz" ödəyəcək

14:33 - 8 Fevral 2024

Bu gün İntizam Komitəsinin iclası keçirilib.

Sportal.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edilib:

Misli Premyer Liqası XXI tur

03.02.2024-cü il tarixində Misli Premyer Liqasının XXI turunun “Səbail” – “Qarabağ” oyununda “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);

03.02.2024-cü il tarixində Misli Premyer Liqasının XXI turunun “Səbail” – “Qarabağ” oyununun 66-cı dəqiqəsində “Qarabağ” klubunun 5 nömrəli futbolçusu Maksim Medvedev ikinci sarıdan qırmızı vərəqə aldığına görə 1 oyun cəzalanır, “Qarabağ” klubu 500 manat cərimə edilir (maddə 36.5);

03.02.2024-cü il tarixində Misli Premyer Liqasının XXI turunun “Sabah” – “Turan Tovuz” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sabah” klubu 800 manat cərimə edilir (maddə 51.2);

03.02.2024-cü il tarixində Misli Premyer Liqasının XXI turunun “Sabah” – “Turan Tovuz” oyununda “Turan Tovuz” klubunun azarkeşlərinin oturduğu sektorda sındırılmış 6 ədəd oturacaqla bağlı stadiona dəymiş zərər “Turan Tovuz” klubu tərəfindən qarşılansın (maddə 54.2);

Xəbər xətti