Azərbaycan kubokunun 1/4 final mərhələsinin cavab görüşündə "Araz-Naxçıvan"la qarşılaşacaq "Qəbələ" oyuna itki ilə çıxacaq.
Sportal.az xəbər verir ki, Elmar Baxşıyev bu görüşdə iki futbolçunun xidmətindən istifadə edə bilməyəcək.
Belə ki, Klesio Bauk bərpa prosesi keçir, Ahmed Ayzaya isə fərdi məşqlərə başlayıb.
Bu gün Qəbələdə keçiriləcək “Qəbələ” - “Araz-Naxçıvan” görüşünə 16:00-da start veriləcək.
saytlarin hazirlanmasi