"Milan"ın portuqaliyalı hücumçusu Rafael Leao kumiri ilə bağlı sualı cavablandırıb.
Sportal.az xəbər verir ki, “O Jogo”ya danışan portuqaliyalı Kriştiano Ronaldonun adını çəkib:
"Kriştiano Ronaldo? Təbii ki, o mənim üçün kumirdir. Amma uşaqlıqdan nümunə götürdüyüm yeganə insanlar valideynlərimdir".
Leao 2019-cu ildən "Milan"da çıxış edir. Bu mövsüm cinah yarımmüdafiəçisi "rossonyerlər"in heyətində bütün yarışlarda 26 oyun keçirib, 6 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt internet portalına görə futbolçunun təxmini dəyəri 90 milyon avrodur. "Milan" hazırda İtaliya çempionatının turnir cədvəlində 3-cü yerdədir.
saytlarin hazirlanmasi