İsveçdə məşqçi işləyən azərbaycanlı: "Musa qolları ilə vacib futbolçu olduğunu sübut edəcək"

15:49 - 9 Fevral 2024

"Musa Qurbanlı komandası ilə İspaniyada təlim-məşq toplanışındadır. O, çox istedadlı futbolçudur. Düşünürəm ki, bu il Musa üçün daha rahat olacaq və qollarını vuracaq".

Bu sözləri Sportal.az saytına açıqlamasında uzun illərdir ki, İsveçdə yaşayan və orada məşqçi kimi fəaliyyət göstərən Valeh Qafarov deyib.

Əvvəllər "Orebro" klubunda işləmiş həmyerlimiz hazırda "Karslund"da baş məşqçi kimi fəaliyyət göstərir. O, "Yurqorden"in forvardı, tez-tez İsveç mətbuatında tənqid edilən millimizin forvardı Musa Qurbanlı haqda danışıb: 

"Burada Musaya inanırlar. O, İsveçdə hələ yenidir. Bizimlə İsveçin iqlimində fərq çoxdur. Yeni mühit, yeni komanda yoldaşları, yeni çempionat, bütün bunlara adaptasiya olmaq üçün artıq zaman lazımdır. Musa artıq həm iqlimə, həm komanda yoldaşlarına və çempionata artıq alışıb. Bu ildən Musa öz oyunu və qolları ilə istedadlı, vacib futbolçu olduğunu sübut edəcək. Mən həmişə Musaya dəstək olmağa hazıram".

Mirbağırağa
 

Xəbər xətti