"Napoli" Xviça Kvaratsxeliyanı buraxmaq istəmir.
Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, Neapol təmsilçisi gürcüyə yeni müqavilə üçün danışıqlara başlayıb.
Kvaratsxeliyanın da "Napoli"də qalmaq istədiyi bildirilir. Gürcüstan milli komandasının üzvünün İtaliya klubu ilə indiki müqaviləsi 2027-ci il iyunun 30-a qədərdir.
O, bu mövsüm bütün turnirlərdə 29 matçda iştirak edib, 6 qol vurub və 5 məhsuldar ötürmə verib.
saytlarin hazirlanmasi