Slovakiya milli komandasının baş məşqçisi Françesko Kaltsona Millətlər Liqasının püşkatma mərasimindən sonra Azərbaycan, İsveç və Estoniya komandaları ilə C1 qrupunda keçirəcəkləri oyunları şərh edib.
Sportal.az xəbər verir ki, federasiyanın mətbaut xidmətinə açıqlama verən italiyalı mütəxəssis bunları deyib:
“Güclü rəqib olan İsveçlə heç-heçə oynamışıq. Onlar C divizionunun bütün komandaları arasında FİFA reytinqində ən yaxşısıdırlar (26-cı yer). Azərbaycan millisi ilə bağlı pis xatirələrim var. Rəhbərliyimdəki ilk oyunda onlara məğlub olduq (1:2). Estoniya, Azərbaycan və İsveç eyni AVRO-nun seçmə qrupunda çıxış ediblər. Millətlər Liqasında bacardığımız qədər oynamalıyıq, çünki yaxşı nəticəmiz olsa, dünya çempionatına vəsiqə qazanmaq şansımız böyük olacaq”.
saytlarin hazirlanmasi