Estoniya milli komandasının baş məşqçisi Tomas Heberli Millətlər Liqasında Azərbaycan, İsveç və Slovakiya ilə eyni qrupa düşməklərini şərh edib.
Sportal.az xəbər verir ki, “Soccernet”ə danışan isveçrəli mütəxəssis bunları deyib:
"Püşkatma zamanı birinci qrupu görəndə ümid edirdik ki, bu qrupa düşməyəcəyik, amma əksinə oldu. İsveç və Azərbaycanla yenidən oynamaq istəmirdik. Püşkatma bizim üçün daha yaxşı ola bilərdi. Bu komandalarla bir-birimizi yaxşı tanıyırıq. İsveç də, Azərbaycan da çətin rəqibdir. Slovakiya fiziki cəhətdən güclüdür. Mən bu matçları səbirsizliklə gözləyirəm".
Qeyd edək ki, Millətlər Liqasında yeni mövsümə sentyabrın 5-də start veriləcək.
saytlarin hazirlanmasi