"Qalatasaray" və Türkiyə milli komandasının futbolçusu Barış Alper Yılmaz İtaliyaya yollanmağa hazırlaşır.
Sportal.az "Sky Sport"a istinadən xəbər verir ki, türkiyəli hücumçu "Latsio" və "Atalanta"nın transfer siyahısındadır.
Hazırda 23 yaşlı futbolçu üçün hər iki klub "Qalatasaray"la danışıqlara start verib.
Barışın İstanbul təmsilçisi ilə müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. O, bu mövsüm 23 matçda 2 qol vurub, iki məhsuldar ötürmə edib.
saytlarin hazirlanmasi