"Milan" İspaniya millisinin sabiq baş məşqçisinə tapşırılacaq

14:17 - 9 Fevral 2024

İtaliyanın "Milan" klubu İspaniya millisinin sabiq çalışdırıcısı Xulen Lopeteqini baş məşqçi postuna dəvət etməyi nəzərdən keçirir.

Sportal.az "Relevo"ya istinadən xəbər verir ki, ispaniyalı çalışdırıcının namizədliyi "rossonyerlər"in direktorlar şurasında ən yüksək prioritetlərdən biridir. 

Xatırladaq ki, Xulen Lopeteqi 2023-cü ilin avqustunda “Vulverhempton”dan klub rəhbərliyi ilə fikir ayrılığı səbəbindən klubsuz qalmışdı. Bundan əvvəl Lopeteqi “Real”(Madrid), “Rayo Valyekano”, “Porto” klubları, həmçinin İspaniya millisində çalışıb. Hazırda Xulenlə "Milan" rəhbərliyi arasında danışıqlar davam etdirilir.

Xulen 2019/2020 mövsümündə Avropa Liqasının qalibi olub - o zaman ispaniyalı "Sevilya"nın sükanı arxasında idi. Cari mövsüm A Seriyasında 23 turdan sonra "Milan" 49 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. 
 

Xəbər xətti