"Zenit" "Pendikspor"un 22 yaşlı hücumçusu Erencan Yardımcı ilə maraqlanır.
Sportal.az "Nexus Sports"a istinadən xəbər verir ki, Sankt-Peterburq təmsilçisi artıq forvard üçün “Eyüpspor”la danışıqlara başlayıb.
Məsələ burasındadır ki, Erencan müqavilə ilə həmin kluba məxsusdur. Onun "Eyüpspor"la müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir. Türkiyə klubu forvardı buraxmaq istəmir.
"Qalatasaray"ın yetirməsi olan gənc hücumçu bu mövsüm Türkiyə Superliqasında 19 matça çıxıb, 6 qol vurub, 1 məhsuldar ötürmə edib.
Hazırda Rusiya çempionatının 18 turundan sonra "Zenit" 36 xal toplayıb və 38 xal toplayan "Krasnodar"dan sonra ikinci yerdədir.