"Barselona"nın hücumçusu Vitor Roke İspaniya komandasına keçdikdən sonra keçirdiyi emosiyalardan danışıb.
Sportal.az xəbər verir ki, “Mundo Deportivo”ya açıqlama verən braziliyalı Kataloniya təmsilçisini hazırda dünyanın ən böyük klubu adlandırıb:
"Barselona dünyanın ən böyük klubudur. Burada olmaq mənim arzumdur və baş verən hər şeydən çox xoşbəxtəm. Əvvəllər bu klub haqqında çox eşitmişdim, amma bura gəlib hər şeyi öz gözlərimlə görəndə anladım ki, bu, gerçəkləşən bir arzudur. "Barsa"nın möhtəşəmliyini hansı detallar göstərir? Klubun forması, tarixi. Əvvəllər video oyunlarda oynadığım futbolçular indi mənim komanda yoldaşlarımdır. Mən bununla çox qürur duyuram".
Roke bu qış "Atletiko Paranaense"dən 40 milyon avroya "Barselona"ya keçib. Forvard hazırda kataloniyalıların heyətində bütün turnirlərdə 7 oyun keçirib və iki qol vurub. Futbolçunun ispan klubu ilə müqaviləsi 2031-ci ilin iyunun sonuna kimi qüvvədədir.
saytlarin hazirlanmasi