"Real Sosyedad"ın yarımmüdafiəçisi Martin Subimendi uğrunda İngiltərə Premyer Liqasından iki klub mübarizə aparır.
Sportal.az “Football Transfers”ə istinadən xəbər verir ki, "Arsenal" və "Liverpul" qarşıdan gələn yay "transfer pəncərəsi"ndə "Real Sosyedad" rəhbərliyinə təklif irəli sürüb.
San-Sebastyan təmsilçisinin yetirməsi olan Subimendi bu mövsüm bütün turnirlərdə 33 oyun keçirib, 4 qol vurub və bir məhsuldar ötürmə edib.
25 yaşlı futbolçunun hazırkı klubu ilə müqaviləsi 2027-ci ilin iyunun sonuna kimi qüvvədədir.
Onun transfer dəyəri 50 milyon avrodur.