"Barselona"nın baş məşqçisi Xavi futbolda mavi vərəqənin tətbiq olunması ehtimalından danışıb.
Sportal.az xəbər verir ki, "sport.es"ə açıqlama verən ispaniyalı məşqçi həmin ehtimalı dəstəkləyib:
"Düşünürəm ki, mavi kartlardan istifadə üçün cəhd etməliyik. FIFA yeni şeyləri sınamaq üçün əlindən gələni edir. Eksperiment nəticə versə, futbol üçün daha bir yaxşı yenilik olacaq. Bunun faydalı olub-olmadığını dərhal anlayacağıq. Amma sınaqdan keçirməmiş nəsə demək çətindir. Hələlik bunlar sadəcə fərziyyələrdir".
Bu yaxınlarda məlum olub ki, yaxın gələcəkdə mavi vərəqə şəklində yeni intizam növü tətbiq oluna bilər.
Bu kart oyunçulara qəsdən qayda pozuntusuna və ya matç rəsmisi ilə fikir ayrılığına görə göstəriləcək. Mavi vərəqə alan oyunçular 10 dəqiqə meydandan kənarlaşdırılacaq.
saytlarin hazirlanmasi