"Yuventus"dan "Bavariya"ya

14:34 - 11 Fevral 2024

"Yuventus"un və Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabio karyerasını Almaniyada davam etdirməyə yaxındır.

Sportal.az "Bild"ə istinadən xəbər verir ki, fransalı "Bavariya"nın transfer siyahısındadır. 

Adrien özü də Münhenə yollanmaqda maraqlıdır. Transferin yayda reallaşacağı gözlənilir.

28 yaşlı futbolçu 2019-cu ildən "Yuventus"da çıxış edir və onun qiyməti 40 milyon avrodur. Rabio PSJ, “Tuluza”da oynayıb.
 

Xəbər xətti