"Limit götürülsə, yəqin ki, bu klub 11 braziliyalı ilə oynayacaq"

15:18 - 11 Fevral 2024

Rusiya milli komandasının veteran qolkiperi Valeri Ovçinnikov “Zenit”in transfer siyasətindən danışıb.

Sportal.az xəbər verir ki, Rusiya mətbuatına danışan Ovçinnikov Sankt-Peterburq klubunda legionerlərin çox olmasını tənqid edib:

"Zenit” 8-9 braziliyalını eyni anda meydana çıxara bilər. Limit götürülsə, yəqin ki, bu klub 11 braziliyalı ilə oynayacaq. Amma bunun nə mənası var? Əgər belə transfer siyasəti aparılırsa, onda "Zenit" elə Braziliya çempionatında oynasın da. Əvvəlcə ştat çempionatında, daha sonra isə konfederasiya liqasında çıxış etmək lazımdır, orada system mürəkkəbdir.

Məncə, Sankt-Peterburq təmsilçisi “Zenit”də öz oyunçuları, rusların oynadığı klub olmalıdır. On braziliyalıdan ibarət komanda isə süni görünür. Düşünürəm ki, azarkeşlər “Qazprom Arena”ya bir dəfə gəlməsə, klubun siyasəti dəyişəcək. Onda rəhbərlik başa düşəcək: biz öz futbolçularımıza diqqət yetirməliyik. Xüsusən də Rusiyanın Avropada təmsil olunmadığı vaxtda belə olmalıdır".

"Zenit" hazırda 36 xalla turnir cədvəlində ikinci pillədədir.
 

Xəbər xətti