Millimizin sabiq üzvü Rusiya klubunu ziyarət etdi, forma hədiyyə verdi - FOTO

18:36 - 11 Fevral 2024

Azərbaycan milli komandasının sabiq yarımmüdafiəçisi Elvin Məmmədov Rusiyanın ÇSKA klubunun Türkiyədə təlim-məşq toplanışında olub.

Sportal.az xəbər verir ki, Məmmədov B kateqoriyalı məşqçi kurslarını oxuyur və təcrübə qazanmaq üçün Moskva klubuna baş çəkib.

O, ÇSKA-nın baş məşqçisi Vladimir Fedotov və qapıçılar üzrə məşqçi Dmitri Kramarenko ilə görüşüb.

Hazırda "Səbail"in aşağı yaş qruplarından ibarət komandalarında çalışan yığmamızın keçmiş üzvü "Səbail"in formasını ÇSKA-nın məşqçilərinə hədiyyə edib. 

Xəbər xətti