Türkiyədə birinci liqanın 22-ci turunun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, azərbaycanlı yarımmüdafiəçi Vüsal İsgəndərlinin formasını geyindiyi "Boluspor" millimizin üzvü Ramil Şeydayevin çıxış etdiyi "Kocaelispor"u qəbul edib.
Qarşılaşma 1:1 hesabı ilə başa çatıb. Hər iki futbolçumuz meydana start heyətində daxil olub.
Vüsal 62-ci, Ramil isə 80-ci dəqiqədə əvəzlənib.
"Kocaelispor" 43 xalla 3-cü, "Boluspor" isə 33 xalla 8-ci pillədədir.
saytlarin hazirlanmasi