İlkay Gündoğan karyerasında ilkə imza atıb.
Sportal.az xəbər verir ki, almaniyalı futbolçu karyerası ərzində ilk dəfə bir mövsümdə 10-dan çox məhsuldar ötürmə edib
"Barselona"nın yarımmüdafiəçisi İspaniya çempionatının 24-cü turunun “Barselona” – “Qranada” matçında Robert Levandovskiyə məhsuldar ötürmə edib.
Görüş 3:3 hesabı ilə heç-heçə başa çatıb. 33 yaşlı alman ötən yaydan Kataloniya klubunda çıxış edir.
O, 2016-2023-cü illərdə çıxış etdiyi "Mançester Siti"dən İspaniya klubuna keçib. Gündoğanın "Barselona" ilə müqaviləsi 2025-ci ilin yayına qədərdir və tərəflər müqaviləni daha bir illik artıra bilər.