"Trabzonspor" ÇSKA-nın yarımmüdafiəçisi Viktor Mendesi yayda heyətinə qatmağı planlaşdırır.
Sportal.az "Чемпионат"a istinadən xəbər verir ki, Türkiyə klubu Viktor üçün növbəti dəfə cəhd edəcək.
Qeyd edək ki, daha əvvəl “Trabzonspor” çililiyə 4 milyon avro + 2 milyon avro bonus təklif etmişdi. Amma bu keçid baş tutmamışdı.
24 yaşlı mərkəz yarımmüdafiəçisi 2017-2022-ci illərdə “Union Espanyola”da oynadıqdan sonra ÇSKA-ya transfer olub.
O, 2021-ci ildən Çili millisinin üzvüdür. Onun Rusiya klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-na qədərdir.