"İnter"lə anlaşan millimizin keçmiş qapıçısı: "Futboldan qopmamışdım, gücüm var, oynamaq istədim"

21:42 - 12 Fevral 2024

Azərbaycan millisinin və "Neftçi"nin sabiq qapıçısı Hüseyn Məhəmmədov minifutbol çempionatında debüt edib.

Sportal.az xəbər verir ki, təcrübəli qolkiper minifutbol çempionatında çıxış edən "İnter"lə anlaşıb.

O, Sportal.az saytına açıqlamasında Azərbaycan millisinin keçmiş üzvlərindən ibarət olan komandaya keçidindən söz açıb: 

"Əfran İsmayılov mənə bununla bağlı danışdı. Mən də razılaşdım. Komandaya dəstək olmağım mənim üçün də xoşdur. "İnter"də əvvəllər birlikdə oynadığım futbolçular da yer alıb, vaxtı ilə mənə mənə rəqib olan oyunçular da. Onlarla indi birlikdə oynamaq xoşdur. Mənim də gücüm var, aktiv futbolçu karyeramı başa vurduqdan sonra hər zaman formamı saxlamışdım. Öz təcrübəm və performansımla "İnter"də komanda yoldaşlarıma kömək olmağa çalışacam. Özüm əvvəllər də tez-tez minifutbol oynayırdım, futboldan qopmamışdım. "İnter"də oynamaq qərarı verməyim özümüm formada olmağımdan irəli gəlir. Qapıda dayanmaq mənim üçün heç bir problem yaratmır. Futbola olan sevgim, istəyim var, ona görə oynamaq istədim".

Mirbağırağa

Xəbər xətti