"Boluspor" daha bir azərbaycanlı ilə maraqlanır

20:49 - 12 Fevral 2024

Bolqarıstanda “Arda” klubunda çıxış edən Azərbaycan milli komandasının üzvü Cəlal Hüseynov Türkiyə klublarının transfer siyahısındadır.

Sportal.az saytına verilən məlumata görə, 21 yaşlı müdafiəçinin xidmətində maraqlı olan daha bir klub isə "Boluspor"dur.

Adıçəkilən klub Hüseynov üçün Bolqarıstan klubu ilə də danışıq aparacaq.

Cəlalın "Arda" ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.

O, "Zirə" və "Şamaxı" klublarında oynayıb. Qeyd edək ki, "Kocaelispor" da Cəlalla maraqlanır.

Əlavə edək ki, "Boluspor"da Vüsal İsgəndərli çıxış edir. Bu klub Eddi İsrafilovu da heyətinə cəlb etmək istəyib. Lakin maliyyə məsələsinə görə bu, baş tutmayıb.

Xəbər xətti