“Neftçi” Azərbaycan yığmasının yarımmüdafiəçisi Emil Səfərovun xidmətində maraqlıdır.
Sportal.az "sportinfo"ya istinadən xəbər verir ki, "ağ-qaralar” onunla bağlı əyalət təmsilçisinə rəsmi təklif göndərib. Bakılılar Canni De Byazinin dönəmində ölkənin əsas komandasına dəvət olunan orta sahə oyunçusuna görə qarşı tərəfi öz şərtləti ilə tanış edib.
“Neftçi” “Qəbələ”nin 21 yaşlı yetirməsi ilə uzunmüddətli müqavilə imzalamaq niyyətindədir.
Səfərov “Qarabağ”ın da diqqət mərkəzindədir. Qurban Qurbanov Zaqatalanın Yenigian kəndindən olan gənci bir müddətdir özünün transfer planlarına daxil edib.
saytlarin hazirlanmasi