Türkiyədə Superliqanın 25-ci turunun bir sıra oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının hücumçusu Renat Dadaşovun formasını geyindiyi “Hatayspor” səfərdə “Trabzonspor”la qarşılaşıb.
Qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Dadaşov 73-cü dəqiqədə meydana daxil olub. "Hatayspor" 28 xalla 12-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi