Azərbaycanın iki güləşçisi Avropa çempionatında finala yüksəldi

22:59 - 12 Fevral 2024

Bu gün Buxarestdə (Rumıniya) güləş üzrə Avropa çempionatı start götürüb.

Sportal.az xəbər verir ki, AVRO-nun ilk günündə yunan-Roma güləşçiləri döşək üzərinə çıxıb. Azərbaycanı beş idmançı təmsil edib ki, onlardan yalnız Sənan Süleymanov əvvəllər AVRO-nun qalibi olub. Onlardan 4-ü sabah medallar uğrunda mübarizə aparacaq.

55 kq. Rəşad Məmmədov startda Denis Mixay (Rumıniya) üzərində qələbə qazanıb - 4:3, daha sonra Nuqzari Tsurtsumia (Gürcüstan) üzərində 5:1 hesabı ilə qalib gələrək finala yüksəlib. Onun rəqibi Artem Deleanu (Moldova) olacaq.

63 kq. Murad Məmmədov startda Brayan Santyaqoya (Danimarka) 8:0 hesabı ilə qalib gəlib, daha sonra Aleksandrs Yurkans (Latviya) - 3:1 və Ənvər Allahyarova  3:3 hesabı ilə qalib gələrək finala yüksəlib. Onun rəqibi Aleksandr Qruşin (Ukrayna) olacaq.

87 kq. İslam Abbasov Şimon Şimonoviçə (Polşa) 2:1, Açiko Bolkvadzeyə (Gürcüstan) 6:3 hesabı ilə qalib gəlsə də, yarımfinalda Aleksandr Komarova (Serbiya) uduzub - 1:3. Sabah onun 3-cü yer uğrunda görüşü olacaq.

130 kq. Beka Kandelaki Konsta Maeenpaepa (Finlandiya) - 8:6 və Dariuş Vitekə (Macarıstan) - 9:0 hesabı ilə qalib gəlsə də, yarımfinalda Rze Kayaalpa (Türkiyə) uduzub - 2:2. Kandelaki bürünc medal uğrunda görüşəcək.

77 kq. Sənan Süleymanov startda İdris İbayevi (Almaniya) inamla məğlub etsə də, 1/4 finalda Antonio Kamenyaseviçə (Xorvatiya) uduzub - 1:3. Antonio finala vəsiqə qazana bilmədiyi üçün Süleymanov çıxışını başa vurub. 

Xəbər xətti