Azərbaycanlı futbolçu Polşa çempionatında debüt etdi

10:17 - 13 Fevral 2024

Azərbaycan millisinin üzvü Rahil Məmmədov Polşa çempionatında debüt edib.

Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçunun komandası “LKS Lodz” 19-cu turda “Korona”nın qonağı olub.

Lodz təmsilçisi bu görüşdə 1:2 hesabı ilə uduzub.

Meydana start heyətində çıxan Məmmədov sona qədər oynayıb. “LKS Lodz” 10 xalla 18-ci pillədədir. Qeyd edək ki, Məmmədov bundan əvvəl Polşa klubunun heyətində üç yoldaşlıq görüşündə iştirak edib.

Xəbər xətti