Azərbaycanlı qapıçı Eldar Tağızadə İspaniyanın "Luqo" klubunda rəsmən debüt edib.
Sportal.az xəbər verir ki, U-21 yığmamızın qolkiperi “Luqo B” komandasının heyətində “Betanzos”la qarşılaşıb. Görüş 0:0 hesabı ilə yekunlaşıb.
O, “Luqo B”nin heyətində start heyətində meydana çıxış edib.
Qeyd edək ki, Tağızadə hələ ötən il İspaniya klubu ilə müqavilə imzalamışdı. Lakin lisenziyasını ötən ay almışdı və hazırda əsas komanda ilə məşq etsə də, ikinci komandada çıxış edir.
saytlarin hazirlanmasi