Türkiyə mətbuatında "Kocaelispor"un Ramil Şeydayevlə müqavilənin maliyyə dəyərinin yüksək olması yersiz hesab edilib.
Sportal.az xəbər verir ki, "Kocaeli Zirve" portalı millimizin forvardının İzmit klubunda alacağı maaşın klub daxilində narazılıq yaratdığını iddia edib:
"Duqlas Tankenin niyə getdiyini bilirsiniz? O, Ramil Şeydayevin transferini və burada nə qədər pul alacağını biləndə, şoka düşdü. Tanke deyib ki, əgər Ramil mənimlə eyni məbləği alacaqsa, qoy komandanı o çempion etsin, mən gedirəm. Meneceri bir həftə içində ona klub tapdı. Onun yeni komandada müqaviləyə əsasən nə qədər alacağını bilirsiniz? 750 min dollar. Şeydayevin qonorarı əsl problemdir, ona görə də bir çox futbolçu klubu tərk edib. Hamı deyir ki, Taylandda 100 minə oynayan Şeydayev 850 min avroya oynayacaq. Kollektivdə sakitlik yoxdur, hər şey barıt çəlləyinə bənzəyir. Şeydayevin maaşının üçdə birinə oynayan futbolçuların yaxın gələcəkdə ayrılması təəccüblü deyil. Artıq bunun əlamətlərini "Boluspor" matçında (1:1) görməyə başladıq".
Qeyd edək ki, Ramil Şeydayev "Buriram Yunayted"dən ayrılaraq "Kocaelispor"la 1,5 illk müqavilə imzalayıb.
Mirbağırağa
saytlarin hazirlanmasi