"Çelsi" sol cinah müdafiəsini gücləndirmək üçün namizədləri müəyyənləşdirib.
Sportal.az “The Sun”a istinadən xəbər verir ki, London klubunun bossları üçün arzu olunan transfer “Bavariya”nın müdafiəçisi Alfonso Deyvisdir.
Bununla belə, klub rəhbərliyi kanadalının alınmasının problemli olacağını anlayır. Səbəb isə Münhen klubunun onu buraxmamasıdır. Lakin ingilislər ən yüksək təklifi irəli sürəcək ki, Deyvisin keçidini həll etsin.
Qeyd olunur ki, “aristokratlar” “Bornmut”un oyunçusu Miloş Kerkezin transferini də nəzərdən keçirir. Bu mövsüm Deyvis “Bavariya”nın heyətində bütün turnirlərdə 27 oyuna çıxıb, 1 qol və 3 məhsuldar ötürmə edib.